Server 2008 R2 üzərində Additional Domain Controller sazlanması
Xoş gördük. Bu məqaləmizdə sistem idarəçiləri üçün vacib olan Additional Domain Controller’in sazlanması haqqında məlumat verməyə çalışacağıq. Additional Domain Controller (ADC) qurulmasında əsas məqsəd Active Directory strukturunun sabitliyini və daimiliyini təmin etməkdir. Hər hansı bir səbəbdən Domain Controller’in çökməsi zamanı Master rolların Backup DC-yə (ADC) daşınaraq Active Directory xidmətinin sabitliyini və daimiliyini təmin etmiş olacağıq. ADC -nin sazlanması Dc-nin sazlanması ilə oxşarlıq təşkil edir. ADC üzərində DNS-lə bağlı dəyişiklər edərək addımlarımıza başlayaq. Necə deyərlər step by step.
1. ADC qurulacaq server üzərində DC-nin və öz lokal ip adresini (192.168.0.11=127.0.0.1) daxil edərək davam edirik. Əgər istəsəniz əməliyyatlar tamamlandıqdan sonra DNS IP-lərini dəyişdirərək çarpaz şəkilə gətirə bilərsiniz.
2. Gördüyünz kimi ADC qurulacaq Server Domainə üzvdür. ADC-ni Domain’ə üzv edərək davam edrik.
3. Start-Run – Dcpromo – OK
4. Next
5. Existing forest – Add a domain controller to an existing domain seçirik
6. Next
7. Next
8. Next
9. Global-catalog bölməsinin qeyd olunması daha məqsədəuyğundur.
10. YES
11.Next
12. DSRM üçün şifrəni təyin edirik
13. Next -Reboot on completion bölməsini qeyd edərək əməliyyatlar tamamlandıqdan sonra Serverin restart olunmasını təmin edirik.
14. Sistemə daxil olduqdan sonra Active Directory Sites and Services bölməsindən hər iki server üzərində Replicate Now deyərək hər iki DC arasındakı əlaqəni doğrulayırıq. Əgər DC-lər fərqli bölgələrdə yerləşibsə, sizin bölgələr arası əlaqənizin sürətindən asılı olaraq replikasiya uzun çəkə bilər. Digər məsələ isə DC-ləri bir-birindən ayıran Firewall varsa iki DC arasındakı əlaqə üçün ehtiyac olan portların açıq olduğundan əmin olun. Replikasiya düzgün şəkildə gerçəkləşərsə aşağıdakı şəkildə gördüyünüz informasiya ilə qarşılaşacaqsınız.
15. Replikasiyalar tamamlandıqdan sonra Master DNS aid informasiyların bir kopyasının eyni ilə ADC üzərində avtomatik yarandığını görürük.
16. İkinci şəkilə nəzər yetirdiyimiz zaman Srv2008-BDC adlı komputer yəni qurduğumuz ADC artıq Active Directory struktrunun əsas hissələrindən birinə çevirildiyi üçün avtomatik olaraq Domain Controllers bölməsinə daşınıb.
Active Directory haqqında davam edən bir məqaləmizidə sonlandırmış olduq. Sizlər üçün yararlə olacağına inanıram. Başqa bir məqalədə görüşmək arzusu ilə.
Elgüc Yusifbeyli
____________
MCT
Müəllif hüquqları qorunur
Şərhlər ( 3 )
[…] Additional Domain Controller olaraq sazlayırıq (Additional Domain Controllerin Sazlanması məqaləsinə […]
Cox sag olun Elguc muellim, deyerli meqale ucun.
Mende asagidaki kimi error cixdi.
Salam. Ruslan bəy biz təşəkkür edirik. Öncəliklə xahişim budur ki, suallrınızı forum.technet.az üzərindən yönləndirəsiniz.
Qeyd etdiyiniz keçiddəki error 32 bit məsələsinə görədir zəhmət olmsa yaza bilərisniz əsas DC hansı ƏS üzərinə qurulub ?
Əgər Server 2003 -dürsə ƏS-mi aşağıdakı keçiddən 1-dən 4-ə gədər olan addımları izləyin zəhmət olmasa.
http://www.technet.az/2012/09/27/transitioning-active-directory/
Uğurlar