Forefront TMG 2010 Deny Online Community, Allow Facebook
Salam dostlar, bu günki məqaləmizdə Forefront Threat Management Gateway (TMG) Firewall vasitəsilə şirkətimiz daxilindəki bütün Online Community, yəni bizim əsas götürdüyümüz və bu bölməyə daxil olan sosial şəbəkələr kateqoriyasina aid olan bütün saytlara girişləri məhdudlaşdıraraq ancaq Facebook sosial şəbəkəsinə girşlərin açıq saxlamağın yollarını öyrənəcəyik. Bu əməliyyatı biz TMG-nin url filtering funksiyasının köməyi ilə yerinə yetirəcəyik. Bu əməliyyatları gerçəkləşdirmək üçün aşağıdakı addımları izləyirik.
1. TMG Managment-dən Web Access Policy seçirik və Blocked Web Destinations rule-nu yaradırıq.
2. Deny seçərək davam edirik.
3. HTTP, HTTPS protokollarını seçərək davam edirik.
4. Tətbiq edəcəyimiz Rule hər kəs üçün keçərli olsun deyə İnternal seçərək davam edirik.
5. URL Categories – Online Communities seçərək davam edirik.
6. All users seçdim, istədiyiniz təqdirdə İstifadəçi səviyyəsində seçim etmək imkanınız var.
Bu addımları tamamladıqdan sonra Toolbox menusundan keçirik və Network Objects bölməsindən New Domain Set deyərək Facebook Domain adında domain set yaradırıq və *.facebook.com, *.fbcdn.net əlavə edirik.
Hər ehtimala qarşı eyni bölmədən New Url Set deyərək Facebook URL adında url set yaradırıq və *.facebook.com/*, *.fbcdn.net/*, www.facebook.com/*, www.fbcdn.net/* ulr-lərini əlavə edirik.
Daha sonra yuxarida yaratdığımız Blocked Web Destinations rule-unda To başlığının Exceptions bölməsinə Facebook Domain və Facebook URL-ini əlavə edərək Apply – OK deyərək əməliyyatı tamamlayırıq.
Bu andan etibarən online community kateqoriyasına aid olan bütün saytlara giriş qadağan olunacaq yalnız istfadəçilər Facebook sosial şəbəkəsindən yararlana biləcəklər.
Saytın hansı kateqoriyaya aid olduğunu ayırd etmək üçün Web Access Policy menusunun Tasks bölməsindəki Query for URL Category seçənəyindən istifadə edə bilərsiniz.
Onu da qeyd edim ki, istifadəçilərin internetə çıxışı zaman problemlər olmasın deyə TMG Client proqramının yüklü olması daha məqsədə uyğun olar. Aşağıdakı keçiddən istifadə edərək Tmg client proqramının x86 və x64 versiyalarını yükləyə bilərsiniz.
Suallar üçün Technet.az Facbook qrupumuzdan istifadə edə bilərsiniz. Növbəti məqaləmizdə görüşmək diləyi ilə.
Eldar İlyasov
____________________
MCTS, MCP
Şərhlər ( 2 )
Salam men TMG de facebook baqlamisham amma ki googleden girende acilir onu nece ede biler bu haqda zehmet olmasa komeklik edesiniz
Salam zəhmət olmasa, aşağıda göstərilən linklərə nəzər yetirin. çox gümanki siz facebook`u HTTPS olaraq bağlamamısınız.
http://social.technet.microsoft.com/Forums/forefront/en-US/476463fa-7eb7-4d53-80b1-e1cbd25de829/block-httpswwwfacebookcom-in-forefront-tmg
http://www.cozumpark.com/blogs/videolar/archive/2010/07/17/video-forefront-tmg-ile-facebook-yasaklama.aspx