BCDEDIT (Boot Configuration Database Editor)
Bildiyiniz kimi Windows Vista`dan əvvəlki əməliyyat sistemlərində boot zamanı əgər hər hansı bir dəyişiklik etmək istəyirdiksə, bu zaman boot.ini faylı üzərində dəyişiklik etməyimiz lazım idi.Əgər, kompüterimizdə dual boot etmişiksə, bu zaman mütləq bu fayl üzərində dəyişiklik etməyimiz lazım olur.Ancaq Windows Vista və bundan sonraki əməliyyat sistemlərində bu dəyişiklikləri BCDEDİT (Boot Configuration Database Editor) aləti vasitəsilə edirik.Bcdedit aləti Boot Configuration Database`nə bağlanaraq, orada dəyişiklik etmə imkanı verir.Bcdedit CMDəmridir.Ancaq bunun üçün CMD`ni gərək mütləq “Run as administrator” kimi açmaq lazımdır.Bu məqaləmizdə çalışacağıq ki, əsas əmrlər haqqında danışaq və onları şəkillər üzərində göstərək.
Bcdedit yazaraq kompüterimizdə yüklü olan əməliyyat sistemləri haqqında məlumat ala bilərik.Hal-hazırda hansı əməliyyat sistemi üzərindəyik, timeout`larını, İD`lərini və.s öyrənə bilərik.
Bcdedit /default {ID} komandası ilə default əməliyyat sistemini təyin edə bilərik.Timeout vaxtı bitənə qədər əgər heç bir dəyişiklik etməsək, bu zaman default olaraq təyin etdiyimiz əməliyyat sistemi açılacaqdır.
Bcdedit /bootsequence {ID} bu əmr ilə kompüterimizdəki önyükləmə sırasını təyin edə bilərik.
Bcdedit /timeout {time} bu əmr vasitəsilə dual boot ekranın nə qədər zaman gözləyəcəyini təyin edə bilərik.Bu dəyər “0” olaraq təyin olunduqda, default olaraq hansı əməliyyat sistemi təyin edilmişdirsə, birbaşa o da açılacaqdır.
Bcdedit /set {default} description “açıqlama” bu əmr vasitəsilə default əməliyyat sistemimizin dual boot ekranındakı adını dəyişə bilərik.
Fikrimcə, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər.
Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator