Komputerlərin Active Directory strukturuna daxil edilməsi

Xoş gördük. Active Directory haqqındakı bu məqaləmizdə komputerlərin Active Directory sturktruna daxil edilməsi haqqında danışacağıq. Bildiyimiz kimi klient komputerləri bir mərkəzdən idarə etmək üçün və yaxud bəzi serverlərin tam şəkildə xidmət verməsi üçün Active Directory strukturuna daxil olunmasına ehtiyac var. Digər əməliyyatlar kimi bir neçə sadə addımla biz istifadəçi komputerlərini Active Directory strukturna daxil edəcəyik. İlk öncə Domain’ə daxil edəcəyimiz komputer üzərindəki dəyişikliklərə nəzər yetirək.

1. Klientlərin Active Directory ilə əlaqə qurması üçün ilk adım klient komputerlərdə DNS ünvanı bölməsinə Active Directory qurulu olan Serverin İp adresini düzgün şəkildə daxil etməkdir. Bu adres Active Directory ilə birlikdə qurulan DNS Serverin ip adresini bildirir. DNS adresini daxil etdikdən sonra My Computer üzərindən sağ düymə vasitəsilə Properties bölməsinə daxil oluruq.

2. Computer Name – Change – yusifbeyli.com (Bizim qurduğumuz Domain adı yusifbeyli.com-dur) – OK

3. Qarşımıza çıxan pəncərəyə Domain Administrator adını və parolunu yazaraq komputerin Active Directory strukturuna daxil olmasını təmin edirik. Əgər qoşulma zamanı bu pəncərə ilə qarışlaşmasanız ilk öncə DNS Serevein ip adresinin düzgünlüynə nəzər yetirin. İkinci addım olaraq CMD-yə daxil olaraq ipconfg /flushdns əmrini icra etdikdən sonra yenidən əməliyyatları təkrarlayın.

4. OK deyərək davam edirik.

5. Komputerinizin yenidən başlmasını təsdiqlədikdən sonra əməliyyatları tamamlamış oluruq.

6. Ctrl-Alt-Delete əmrini icra edərək Options bölməsinə daxil oluruq.

7. Domain adını seçdikdən sonra domaində yartdığımız istifadəçi hüququ çərçivəsində sistemə daxil ola bilərik.

8. Active Directory Users and Computers idarəetmə panelinə daxil olaraq Domain’ə daxil etdiyimiz komputeri görə bilərsiniz.

Biz məqaləmizdə Server 2003 ƏS-mi yüklü olan komputeri klient kimi Domain’ə daxil etdik. Diqqət olunması gərəkən nöqtələrdən biri Server funksiyası daşıyan komputerləri Domain altında toplayarkən uyğun bölməyə yerləşdirilməsi gərəklidir. Group Policyləri tətbiq edərkən diqqətli olmaqda yarar var. Yaxşı olar ki, Domain altında OU-lar (Organizational Units) yaradaraq Severləri ayrı OU-lar altından idarə edəsiniz. Ümumiyyətlə Domain altında OU-lardan istifadə etməklə bütün struktrunuzu sadə şəklidə idarə edə bilərsiniz. Bu məqaləmizidə burda sonlandırırıq. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli

______________

MCT

Müəllif hüquqları qorunur

Səs: +40. Bəyənilsin Zəifdir

Şərhlər ( 1 )

  1. sagolun

Şərh yazın