Active Directory`də olan Saved Queries
Saved Queries vasitəsilə biz domaində olan istifadəçilərə, printerlərə, paylaşdırılmış qovluqlara tez daxil ola bilərik.Biz Saved Queries`i hətta import və yaxud export da edə bilərik.İndi isə buna nümunələrlə baxaq.
Active Directory Users and Computers açırıq Saved Queries üzərində mouse`un sağ düyməsini sıxıb, New>Query seçirik.
Aşağıdakı kimi pəncərə bizi qarşılayacaq.Buradan “Define Query” düyməsinə sıxırıq.
Açılan pəncərədə isə “FİND” bölməsində “Users, Contacts and Groups” seçirik.
Sonra “Advanced” bölməsinə keçirik.Buradan “FİELD” düyməsindən axtardığımız parametrləri təyin edirik.Mənim nümunəmdə “Department”dir.”VALUE” xanasına isə axtardığımız departamentin adını yazırıq.Sonra “ADD” düyməsinə sıxaraq siyahıya əlavə edirik.
Bütün bu pəncərələri “OK” düyməsinə sıxaraq bağlayırıq.Ən son aşağıdakı kimi pəncərə ilə qarşı-qarşıya qalırıq.Burada “OK” düyməsinə sıxaraq axtarışa başlayırıq.
Axtarş bitdikdən sonra aşağıdakı kimi nəticə alınır.
Mənim nümunəmdə IT departamentində 2 nəfər olduğuna görə nəticə şəkildə görsəndiyi kimidir.
İstifadəçilərin Properties`nə daxil olaraq bundan əmin olaq.
Bu məqaləmizdə çalışdıq ki, Saved Queries`i izah və tətbiq edək.Ümid edirəm ki, buna nail ola bildik.
Növbəti məqalələr də görüşənə qədər.
Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator