CHMOD – Fayl və Qovluq hüquqları haqqında

Xoş gördük. Bu məqaləmizdə CHMOD – fayl və qovluqlar üzərində hüquqların təyin olunması haqqında danışacağıq. Chmod – komandası bütün unix təməlli sistemlərdə fayıl və qovluqların hüququnu (permission) dəyişmək üçün istifadə olunur.

Chmod – change mode deməkdir.

u – user (fayl və ya qovluq sahibi)
g – group (fayl və ya qovluğun aid olduğu grup)
o – other (digərləri, user və group xaricindəkilər)
a – all (ugo) (hərkəs fayl və ya qovluğu işlədə bilər)

r – read (oxuma icazəsi)
w – write (yazmaq icazəsi)
x – execute (işlətmək icazəsi)

+ icazəni ver
– icazəni götür (qaldır)

Yuxarıdakı bəzi İngiliscə kəlimələrin mənaları aşağıdakı kimidir.

user – istifadəçi, group – qrup, other – digərləri (başqaları), folder – qovluq, read – oxumaq, write – yazmaq, executable – işlətmək (çalışdırmaq), permission – hüquq (icazə) deməkdir.

Ümumiyyətlə dərslərimizdə ingiliscə sozlərdən istifadə edəcəyik. Çünki əməliyyat sisteminin komandaları ingiliscə istifadə olunur.

*Nümunə 1: chmod u+rwx,g+rwx,o+rwx test.doc
Yuxarıdakı komandanın açıqlaması: user’ə, group’a, other’ə – read, write, execute icazəsi ver.

*Nümunə 2: chmod u-x,g-x,o-wx test.doc
Yuxarakı komandanın açıqlaması: user’in və group’un execute icazəsini qaldır, other’in write və execute icazəsini qaldır.

*Nümunə 3: chmod u+rwx,g+r-wx,o-rwx test.doc
Yuxarakı komandanın açıqlaması: user’ə read, write, execute iczəsi ver, group’a read icazəsi ver, write, execute icazəsini qaldır, other’dən read, write, execute icazəsini qaldır.

*Nümunə 4: chmod ugo+rwx test.doc
Yuxarakı komandanın açıqlaması: user’ə, group’a, other’ə read, write, execute iczəsi ver.

*Nümunə 5: chmod ugo+r-w+x test.doc
Yuxarakı komandanın açıqlaması: user, group, other’ə read iczəsi ver, user, group, other’dən write iczəsini al, user, group, other’ə execute iczəsi ver.

Başqa cür bu komandanı aşağıdakı kimi istifadə etmək olar:

chmod
400 – user’ə read hüququ verir
200 – user’ə write hüququ verir
100 – user’ə executable hüququ verir

040 – group’a read hüququ verir
020 – group’a write hüququ verir
010 – group’a executable hüququ verir

004 – other’ə read hüququ verir
002 – other’ə write hüququ verir
001 – other’ə executable hüququ verir

Yuxarıdakı rəqəmlərə aydınlıq gətirək.
4 rəqəminin mənası fayla və ya folder’ə read özəlliyi verir
2 rəqəminin mənası fayla və ya folder’ə write özəlliyi verir
1 rəqəminin mənası fayla və ya folder’ə executable özəlliyi verir

Komanda belə yazılır: chmod 421 test.txt
Bu komandada:
4 – user faylı oxuya bilsin
2 – bu group’un sahibləri faylda dəyişiklik edə bilsin
1 – digərləri bu faylı execute edə bilsin
Əgər bir neçə özəllik vermək istəyiriksə onda, istədiyimiz özəllikləri toplayırıq.
Məsələn: chmod 754 test.txt
Bunun mənası: user bu faylı həm oxuya biləcək, həm yaza biləcək həm də işlədə biləcək – (4+2+1);
Bu group’un istifadəçiləri bu fayı yalnız oxuya biləcək və işlədə biləcək, faylın içində dəyişiklik edə bilməyəcəklər; Digərləri isə bu faylı yalnız oxuda biləcəklər.

Başqa bir nümunə: chmod 777 test.txt (“4+2+1”)
777 kombinasiyası fayla full permission (tam hüquq) verir. Yəni hər kəs bu faylı həm oxuda biləcək, həm yaza biləcək, həm də dəyişiklik edə biləcəklər.

Bu məqaləmizdə sizlərə Chmod haqqında izahat verdik. İnanıram yararlı məqalə olub. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Aydin Əliyev

____________

SCSA, SCNA

Müəllif hüquqları qorunur

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Aydın Əliyev

Şərh yazın