TMG 2010 Web Access Policy

Məqaləmizin bu hissəsində sizlərə TMG 2010 ilə yenilənmiş Web Access Policy Sehirbazı haqqında məlumat verəcəyik. Web access Policy Sehirbazı vasitəsilə apracağımız əməliyyatlar aşağıda qeyd olunmuşdur.

Blocked Web destination
Malware inspection settings
HTTPS Inspection settings
Web Caching Settings

Web access Policy Sehirbazı ilə davam edərək qeyd etdyimiz bölmələrə göz ataq.

1.Next deyərək davam edirik.

2.Web Access Policy Rule bölməsindən Yes deyərək davam etsək qarşımıza TMG 2010 tərəfindən bizə məsləhət görülən bəzi sayt kateqoriyaları göstəriləcək və həmin sayt kateqoriyaları avtomatik əngəllənəcəkdir. No deyərək davam etsək özümüz dəyişiklik etməliyik.

Yes deyərək davam edirik və qarşımıza çıxan pəncərədən Microsofun məsləhət gördüyü kateqoriylar bölməsinə Add düyməsilə Game bölməsini də əlavə edərək addımlarımıza davam edirik. Bu bölmə altındakı bütün saytlar TMG 2010 tərəfindən avtomatik əngəllənəcəkdir. Əvvəlki məqalələrdə qeyd etdiyimiz kimi, bu xidmətin çalışması üçün lisenziyaya ehtiyac vardır. Trial müddət bitdikdən sonra bu xidmət öz aktivliyini itirəcək.

3. Malware inspection settings – bölməsini aktivləşdiririk. Burda bir addımda irəli gedərək Block Encrypted Archives bölməsini aktivləşdirirk. Bu xüsusiyyətlə əgər fayl şifrələnibsə  bypass olunacaqdır.

4.HTTPS Inspection settings – Bu bölməyə geri dönəcəyik qarşıdakı məqalələrimizdə. Çox gözəl bir yenilikdir. Əsasə məqsədlərindən biri Man of the Middle Atacklarının qarşısını almaqdır.

5. Web Caching Settings – Bu bölmədən istfadəçilər tərəfindən gəzilən web səhifələrininin müəyyən müddətə yaddaşda saxlanılacağı yerin miqdarı təyin olunur. Web Cach funksiyası tez-tez müraciət olunan səhifələrin sürətli açılmasına imkan tanıyır.

Səhifələrin müəyyən müddətə yaddaşda qalması üçün TMG 2010 üzərində 500 mb-lıq yer təyin edirik.


6.Finish düyməsilə əməliyyatı tamamlayırıq.

7.Apply düyməsilə dəyişikliklər tətbiq edirik.

8.Save the changes and restart the services deyərək əməliyyatları tam şəkildə tamamlayırıq.

Hər ehtimala qarşı Əməliyyat Sistemini bu dəyişikliklərdən sonra Restart etmək daha məsləhətli olacaqdır. Bir məqaləmizində sonuna gəlmiş olduq. İnanıram ki, hər kəs üçün yararlı bir məqalə olmuşdur.

Elgüc Yusifbəyli
_____________
MCT
Müəllif hüquqları qorunur.

Səs: +10. Bəyənilsin Zəifdir

Şərh yazın