Kaspersky Security Center – Mərkəzi Antivirus Sisteminin sazlanması

Kaspersky Security Center – böyük şirkətlər üçün işçi stansiyaların, smartfonların və serverlərin xaker hücumlarından, spamlardan, viruslardan müdafiəsini mərkəzləşdirilmiş idarəedilməsini təmin edir. Bu proqram vasitəsilə işçi stansiyalara, smartfonlara, serverlərə bir nöqtədən antivirus yazmaq, yeniləmə, antivirus sisteminin bazasını yeniləmək, müxtəlif təhlükəsizlik qaydaları yaratmaq, virus və xaker hücumları ilə əlaqədar hesabatlar və s. almaq mümkündür. Kaspersky Security Center sazlanması üçün aşağıdakı proqram, əməliyyat sistemi və avadanlıq tələb olunur.

Proqram üçün ehtiyac olan tələbatlar

Bizim misalda Kaspersky Security Center sazlanmasında Microsoft SQL Server Express 2005 istifadə edəcəyik. Microsoft SQL Server Express 2005 sazlanması aşağıdakı kimi həyata keçirilir.

1. Lisenziya razılaşmasının və şərtlərin qəbul olunması. İ accept the lisensing terms and conditions seçilir və NEXT düyməsi sıxılır.

2. Microsoft SQL Server Express 2005 sazlanması üçün lazım olan modulları system araşdırır və məlumat verir. Bundan sonra İNSTALL sıxaraq modulların yüklənməsini həyata keçiririk. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

3. Microsoft SQL Server Express 2005 sazlanması üçün salamlama pəncərəsı. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

4. Microsoft SQL Server Express 2005 yüklənməsi üçün hər hansısa problemin olub olmaması proqram tərəfindən araşdırılır. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

5. Şirkətin adı və proqramı sazlayan şəxsin adı daxil edilir. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

6. Kaspersky Security Center yüklənməsi üçün ehtiyac olan modulları seçilir. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

7. SQL Serverə qoşulma metodu seçilir. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

8. Administrator icazəsi olmayan istifadəçilərin SQL Server Express Databasa Engine a müraciət etməsi üçün imkan yaradırıq. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

9. Microsoft SQL Server Express 2005 işləməsı, sazlanması zamani cixan prolemlərin i, Microsoft SQL Server Express 2005 sazlanmış serverin avadanlıq xaraktersitikaları və proqram təminatı haqda məlumatın Microsoft şirkətinə göndərilməsi və ya göndərilməməsi üçün lazımı xalanalrı seçirik. NEXT düyməsi vasitəsilə növbəti mərhələyə keçirik.

10. İNSTALL düyməsini sıxaraq sazlanmanı həyata keçiririk.

Microsoft SQL Server Express 2005 sazlandıqdan sonra biz Microsoft Data Access Components (MDAC) componentini sistemə yükləməliyik. Bu komponent Microsoft şirkətinin rəsmi saytından endirilərək yüklənir. Yükləmə zamanı heç bir pəncərə görüntülənmir, komponentin yüklənməsi avtomatlaşdırılmış şəkildə həyata keçir.

Microsoft SQL Server Express 2005 və Microsoft Data Access Components (MDAC) sazladıqdan sonra Kaspersky Security Center sazlanması əməliyyatına başlaya bilərik. Məqaləmizin digər hissəsində bu haqda məlumat verəcəyik. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elxan Əliyev

_____________

İT Mütəxəssis

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Elxan Əliyev

Şərhlər ( 2 )

  1. Elxan bəy, çox əla məqalədir!
    Zehninizə qüvvət!
    Əgər, düzgün başa düşdümsə, KSC qurmaq üçün mütləq SQL qurmaq lazımdır, yoxsa KSC quran zaman özü bunu həyata keçirdir?Digər sualım isə özünün internal bazası var, hansı ki, SQL`ə ehtiyac olmasın?

  2. Çox sağol. Elxan bəy lap incəliklərə getmisən. Fərqli qurulumdur.

Şərh yazın