Forefront TMG 2010 Define Deployment Option

Məqaləmizin bu hissəsində Define deployment option bölməsinə nəzər yetirəcəyik. Gördüyümüz kimi TMG – 2010 çox bəsitləşdirildi. Bütün addımlarımızı sehirbazla tamamlayaraq əməliyyatlarımızı sonlandırırq. TMG 2010 –la sehirbazımızın sonuncu bölməsinə keçərək qarışımıza çıxan bölmələrə nəzər salaq.

1. Define deployment option bölməsindən addımlarımıza davam edirik.

2.Bu bölmədən TMG 2010-nun öz yeniliklərini Microsoftun Update servisini istfadə edərək yükləməsini seçirik.

3. NİS haqqında qısa bəhs etmişdik. Network İnispection System TMG 2010– nun əsas xüsusiyyətlərindən birdir. TMG 2010 şirkətimizin şəbəkəsinə mudaxilə (atack) etmək istəyənlərin qarşısını NİS vasitəsilə alır. Əgər lisenziyamız varsa bu xidmətlərdən yararlana bilərik.

Enable Malware Inispection – İnternetdən daxil olacaq zərərli proqramlar, scriptlər və s. şəbkəmizə daxil olmadan Server üzərində yoxlanılaraq zərərsizləşdirilir.

Enable URL Filtering – İSA Server zamanından bu tərəfə məni ən çox düşündürən suallardan biri idi bu yenilik.Nə üçün biz 3 cü Şirkətlərin proqramını (3 Party) istifadə edərək istəmədiyimiz web səhifələrini bağlamalıyıq.Artıq TMG 2010-la bu məsələ aradan qaldırıldı. TMG 2010 üzərindəki URL Filter Microsoftun Reputation xidmətindən yararlanaraq lazımsız web səhifələrinin Şirkət içərisində yayımlanmasının qarşısını alır.

4.Nis Signature Update Settings – bu xidmətlə TMG yeni çıxmıs zərərli proqram kodalarını, scriptləri əgər yenilik varsa , 15 dəqiqədə bir yeniləyərək imzalayıb sistemə yükləyəcək.Bu o deməkdir ki, artıq həmin zərərli kodlarlar vasitəsilə sizin şəbəkəyə müdaxilə olunarsa TMG 2010 tərəfindən onun qarşısı alınacaqdır.

– New Signature Set Configuraton – dəyişməyinizi məsləhtli deyil. Ən son yenilənmiş imza ilə xidmət göstərir.

5.Costumer Feedback – Bunun bizim üçün demək olar ki önəmi yoxdur.Microsoft üçün önəmlidir. Mən YES deyərək davam edirəm.

6. Microsoft Telemetry Reporting Service – Demək olar ki, Feedback -ə yaxın anlayışdır.Malware ve yaxud müdaxilə olduğunda bu informasiya TMG tərəfindən Microsofta göndəriləcək. Bunu sizin üçün heç bir ziyanı yoxdur. Mən Advanced seçərək davam edirəm.Microsoft Sistemi işlədiriksə demək ki, dəstək olmağımız daha düzgün olar.

7.Finish deyərək əməliyyatı sonlandırırıq.

Bir məqaləmizində sonuna gəlmiş olduq. İnanıram ki, hər kəs üçün yararlı bir məqalə olmuşdur. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli
_____________
MCT
Müəllif hüquqları qorunur.

Səs: +20. Bəyənilsin Zəifdir

Şərhlər ( 1 )

  1. Çox əla məqalədir.
    Ümumiyyətlə, TMG çox gözəldir, üzərində yaxşı işləyiblər.
    Əllərinizə sağlıq!
    Təşəkkürlər!

Şərh yazın