AD RMS haqqında ümumi məlumat (1-ci hissə)
Bu məqaləmizdə çalışacağıq ki, AD RMS haqqında məlumat verək.Bu dərslik bir neçə hissədən ibarət olacaq.Növbəti məqalələrdə AD RMS`in qurulumu və tətbiqindən yazacağıq.
Windows Server ® 2008 əməliyyat sistemindəki Active Directory Rights Management Services (AD RMS) rolu Microsoft ® Windows ® Rights Management Services’te (RMS) olmayan bir neçə yeni xüsusiyyəti özündə birləşdirir.
Windows Server 2008 əməliyyat sisteminə AD RMS rolu server rolu olaraq daxil olub
MMC vasitəsilə idarə etmə
Active Directory Federation Services (AD FS) ilə inteqrasiya
AD RMS serverlərinin avtomatik qeydi
Yeni AD RMS`də idarə etmək üçün nümayəndə seçmək
AD RMS ilə siz məlumatlarınızı qoruya bilərsiniz.Bu məlumatlara missal olaraq word, excel, outlook və.s digər Microsoft məhsullarını nümunə göstərə bilərik.Məlumatın harada olmasından asılı olmayaraq məlumatın təhlükəsizliyi qorunur.Sual verə bilərsiniz ki, NTFS icazələr var.Hər hansı qovluqda NTFS icazələr ilə hər hansı bir məlumata icazələr verilsə, bu o demək deyil ki, onu oxumaq mümkün deyil.Həmin qovluğa icazəsi olan biri, həmin məlumatı götürüb, bizə verə bilər və bizdə asanlıqla bu məlumata baxa bilərik.Ancaq AD RMS ilə bu məlumatın harada olmasından asılı olmayaraq bu məlumatın təhlükəsizliyi qorunur.Əgər, hər hansı bir istifadəçiyə icazə versək, ancaq o istifadəçi bunu oxuya biləcək.
AD RMS təhlükəsizliyini qoruduğu məlumatın içərisinə AD RMS icazələrini yerləşdirir və digər tərəfdə bunu AD RMS`in bazasından oxuyur.Bütün məlumatlar bazada yığılır.Real mühitlərdə bazaların ayrı bir server üzərində olması tələb edilir.Ancaq sınaq mühitində baza və AD RMS eyni server üzərində ola bilər və SQL bazaya da ehtiyac yoxdur.
AD RMS`in tələbləri
Növbəti məqalələr də görüşənə qədər.
Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator