Server 2008 Desktop Experience
Bu məqaləmizdə Desktop Experience haqqında danışacağıq. Bildiyimiz kimi Server xidməti göstərəcək sistemlərdə bir çox xidmət və əməliyyatlar Microsoft tərəfindən ləğv olunmuşdur. Bunun əsas səbəbi Serverlərin maksimum səviyyədə tam sabit işləməsinə nail olmaq və Server üçün gərəksiz olan xidmətlərin boş yerə resursları istfadə etməsinin qarşısını almaqdır.
Misal: Windows Vista və yaxud Windows 7 –də ki temaları və yaxud Media Player kimi bir çox proqramı normal halda Windows Server 2008 və yaxud Windows Server 2008 R2 üzərində istifadə etmək imkanımız yoxdur. Amma Microsoft burda bizləri düşünərək Windows Server 2008 ilə birlikdə Server istifadəçiləri üçün gözəl bir yenilik gətirib. Əgər sizdə mənim kimi öz masaüstü kompüterinizdə Server Əməliyyat Sistemi işlətmək istəyirsinizsə burda Desktop Experience xidməti bizim imdadımıza yetişəcək.
Windows Server 2008 üzərində Desktop Experience xidmətini aktivləşdirərək Windows Vista imkanlarına, Windows Server 2008 R2 üzərində Desktop Experience xidmətini aktivləşdirərək Windows 7-nin imkanlarına malik ola bilərik. Bu qədər izahatdan sonra bir neçə addımla bu əməliyyatı sonlandırırıq.
1. Server Managar bölməsinə daxil oluruq.
2.Features – Add Features seçərək davam edirik.
3. Qarşımıza çıxan pəncərədən Desktop Experience xidmətini seçərək İnstall deyirik.
3. Close – deyirik.
4.Restart – deyirik.
Sistem açıldıqda artıq Windows Vista və Windows 7 –nin imkanları Server 2008 /R2 Əməliyyat Sistemi üzərində aktiv olacaqdır.Əgər Server 2008 R2 üzərində Windows 7 temalarının aktiv olmasını istəyiriksə aşağıdakı addımları izləyirik.
5. Administrative Tools bölməsindən Services bölməsinə daxil oluruq.
6. Themes xidmətini Automatic moda keçirdikdən sonra Start düyməsilə xidməti aktivləşdiririk.
Aşağıdakı keçiddən istifadə edərək Windows 7 Temalarını Server 2008 R2 üzərinə yükləyə bilərik. http://go.microsoft.com/fwlink/?LinkId=109286
Server 2008 R2 üzərində Desktop Experience xidmətini aktivləşdirdikdən sonra qeyd etdiyimiz aşağıdakı xidmətlərdən yararlana biləcəyik.
• Windows Media Player
• Desktop themes
• Video for Windows (AVI support)
• Windows SideShow
• Windows Defender
• Disk Cleanup
• Sync Center
• Sound Recorder
• Character Map
• Snipping Tool
Bir məqaləmizində sonuna gəlmiş olduq. İnanıram ki, hər kəs üçün yararlı bir məqalə olmuşdur. Başqa bir məqalədə görüşmək aruzusu ilə.
Elgüc Yusifbəyli
_____________
MCT
Müəllif hüquqları qorunur.
Şərhlər ( 1 )
təşəkkürlər