Windows 7`də Quick Launch funksiyası
Bu məqaləmizdə Windows 7`də XP`də olduğu kimi QuickLaunch düzəltməyi öyrənəcəyik.Bildiyiniz kimi Windows 7 yükləndikdən sonra bu funksiya Windows 7 üzərində olmur və yaxud bunu aktiv edə bilmirik.Ancaq sonra məlum oldu ki, QuickLaunch funksiyası Windows 7 üzərində gizli bir funksiya kimi gəlib.Bunu aktiv etmək üçün aşağıdakıları etmək lazımdır.
İlk öncə Taskbar üzərində mouse`un sağ düyməsini sıxıb, açılan menyudan Toolbars>New Toolbar seçirik.
Sonra açılan pəncərədə qovluq yoluna aşağıda şəkildə göstərilən yolu yazırıq.
Yəni, %appdata%\Microsoft\Internet Explorer\Quick Launch yazırıq.
Daha sonra ENTER düyməsinə sıxıb, açılan pəncərədə SELECET FOLDER seçirik.
Bundan sonra Qucik Launch funksiyası Windows 7`də aktiv olur.
Ümid edirəm ki, kiçik məqalədə olsa, yararlı olmuşdur.
Növbəti məqalələr də görüşənə qədər.
Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator
Şərhlər ( 1 )
Əllərinə, zehninə, ürəyinə sağlıq