Salam, əziz dostlar.
Bu məqalədə şirkət təhlükəsizlik kameralarına şirkət xaricindən mobil qoşulmanı aydınlaşdırmağa çalışacam.
Məqalə 2 hissədən, DVR üzərində olan nizamlamalar və Firewall (Forefront TMG 2010) üzərindəki nizamlamalardan və modemdəki port yönləndirməni izah edən əlavədən ibarətdir.
1) DVR üzərindəki nizamlamalarımız Network və System bölmələrində aparılacaq.
Network bölümündə şirkətimizin subnetinə uyğun olaraq İP ADDRESS bölümünü nizamlayır, Gateway bölümünə isə TMGnin İPsini daxil edirik. Qarşıda istifadə etmək üçün Port (İnternal üçün), Mobile və İE Portları unutmamaq üçün qeyd edirik. Və SAVE edirik.
System bölümündə isə Time Setup-dan saatı nizamlayır, System Password-da DVR-ın nizamlamalarına və çəkilişlərə baxa bilmə üçün şifrə təyin edirik, Video Formatı PAL olaraq tənzimləyirik. Dəyişiklikləri SAVE düyməsini basmaqla yaddaşa verir, şəbəkə kabelinin taxılmasına əmin oluruq və sistemi yenidən başladırıq.
2) Firewall (Forefront TMG) üzərindəki nizamlamalar
2.1) Firewall-da Mobile və İE portlara icazələrin verilməsi.
TMG-də Firewall Policy-nin Toolbox hissəsində NEW -> Protocol deyərək davam edirik.
Açılan yeni pəncərədə portun adını təyin edirik və NEXT deyirik.
Açılan pəncərədə NEW deyərək, növbəti pəncərədə Directionu – İnbound olaraq dəyişirik, və port aralığını təyin edirik. 15961 bildiyimiz kimi bizim mobil portumuzdur və İnbound seçərək Externaldan-İnternala icazə verdik. və OK-> Next -> Next ->Finish deyərək işi tamamlayırıq.
Və Mobile PORT-un USER-DEFİNED bölməsinə düşdüyünü görürük. APPLY deyib hərəkətləri təsdiqləyir və TMG-də yaddaşa veririk.
2.2) Non-Web Server-in yayımlanması
Şəkildə göründüyü kimi Firewall Policy üzərində sağ düymə ilə NEW->Non-web server protocol publish rule və ya TASKS bölməsində eyni addımı icra edirik.
Publish Rule-u adlandırırıq.
DVR-ın İP-sini SERVER İP Address qrafasına yazırıq.
Yaratmış olduğumuz Mobile PORTu Protocol olaraq seçirik.
İnternal və External şəbəkələrindən gələn sorğulara (Request) cavab verməsi üçün hər ikisini seçirik.
Join to TECHNET.AZ SecCam Publish Rulunun yarandıqını görüb, APPLY edirik.
İnternet Explorerdən də qoşula bilmək üçün uyğun olan 80 portuna da publish rule yaradaraq yayımlayırıq.
Əlavə: Cisco modemində portların yönləndirilməsi (Əlavə Linksys WAG160N modemi üzərində tətbiq edilib)
Şirkətimizdə TMG olmadıqı halda kameralara nəzarəti təmin etmək üçün modemin port yönləndirməsindən istifadə edə bilərik. Bunun üçün Addım 1-dən sonra əlavəni tətbiq edirik.
a) Bir portun yönləndirilməsi;
b) Müəyyən port aralığının yönləndirilməsi
Android və Iphonlar üçün DVRPlayer, MEye kimi freeware götürüb, IP yerinə şirkətin Statik IP-sini yazırıq, DVRa giriş Parolunu yazırıq.
P.S. Əgər Qoşulma Success yazır, amma göstərmirsə DVR-ın tənzimləmələrindən Bitrate-i HIGH-dan Medium və ya LOW edib test edirik, uyğununda saxlayırıq..
Növbəti məqalələrdə görüşənədək! Ümidvaram ki, kiminsə işinə yarayacaq.
Şərhlər ( 20 )
Elvin, əllərinə sağlıq.Çox gözəl məqalədir.
ALLAH Razı Olsun, İnşAllah!
Farid Mirzayev, Modemle baqlı etdiyin əlavə üçün təşəkkürlər. Məncə məqalə indi tamamlandı.
Təşəkkürlər Elvin, faydalı məqalədir.
Allah сümləmizdən razı olsun. Siz saq olun ki, dəstəkləyirsiniz..
Elvin bəy maraqlı məqalə üçün təşəkkürlər.
Bu günlərdə maraqlandığım mövzu idi. Çox təşəkkür edirəm Elvin bəy.
Ismayil Ismayilov, işinə yaradısa, çox əla.
Salam Elvin bey. Önce dəyərli işiniz üçün təşəhkkürlər. Soruşmaq istəyirəm ki, bu sazlamaları komputer üzərində edib kameraya telefonla bağlanırsız, yoxsa nece? TMG-ni kompyuterde sazladiz və bes DVR ?
Salam. Əziz oxucularımız, zəhmət olmasa suallarınızı http://forum.technet.az üzərindən soruşun.
salam Elvin bey menim adim Nicatdir. Menim DVR kamerasiyla bir problemim var demek men dvr tp-link modemine tanida bilmirem imkan varsa mene komeklik edesinis ki, statik ip ile tp-link modeme nece tanitmaq olar. hemcini Raplus da nece calishdira bilerem xahish edirem komek edesiniz..qabaqcadan teshekurler
Salam. Nicat bəy zəhmət olmasa suallarnızı http://www.technet.az/suallar/ üzərində qeyd edin. Forumda daha aktiv cavablara alacaqsınız.
Təşəkkür edirik.
Əməyiniz üçün təşəkkürlər Elvin bəy
Hər birinizə təşəkkür edirəm. Suallarınızı forum.technet.az üzərində yerləşdirməyinizi xahiş edirəm.. Orda daha dolğun cavablar ala bilərsiniz.
Salam.her vaxdiniz xeyrli olsun.Mene bir meselede komeyliy etseniz shad olardim. Məsələ isə beledir. Mən Kürdəmir rayonun kəndlərindən birində güvənlik kamrelaraından isdifadə eləməy isdəyirəm. Ozüm isə Bakıda qalıb Bakıda işləyirəm. Kamera qoyacaqim yere tez tez getməy imkanım az olduqu üçün oradakı görüntüləri bakıdan bir başa izləməy isdəyirəm. amma bir problme var .odaki orda yani kamera qoşacaqim kəntdə internetin olmamasıdır. səbəb isə həmən kəntdə umumiyyətlə telefon xətdinin (siminin ) olmamasıdır. nedən , hansı avadanlıqdan isdifaə eləməylə bu problemi necə həl edə bilərəmki orada olan görüntüləri bir başa bakıdan izləyə bilim.
Salam Vüsal bəy. Zəhmət olmasa sualınızı http://www.technet.az/suallar/ üzərindən verin, dəqiq və daha ətraflı cavab alacağınızdan əminəm
tp – link ve yaxud d – link modemlerde bunu etmek olur? eyer olursa melumatiniz varsa qeyd etseniz ela olar . evvelceden tesekkur edirem
Çox az istisnayla istənilən modemdə etmək olur.xahiş edirik suallarınızı forum.technet.az üzərindən verin. Daha tez və daha ətraflı cavab alacaqsınız əmin olun.
salam (TMG 2010 və Cisco modemi Vasitəsilə Şirkətin Təhlükəsizlik Kameralarına Mobil qoşulma) linkini atardizda yukleyim
Elmeddin bəy, nəyin linkini istədiyinizi anlamadım. TMG-ni istəyirisinizsə, Microsoftun rəsmi saytından endirə bilərsiniz. http://www.microsoft.com/en-us/download/details.aspx?id=14238
cox sagolun tewekkurler/