NTLDR`in bərpa olunması

Anidən kompüterinizdə NTLDR faylı error verərsə, bunu bərpa etmək üçün aşağıdakıları sınayın.

Windows XP CD`sini kompüterə yerləşdirib, CD`dən boot edirik.

CD`dən boot edildikdən sonra R(repair) düyməsini sıxırıq.


Daha sonra ekranda yazılanları izləyin.Əgər, lazım olar Administrator şifrənizi daxil edin.

Ekranda “c:\windows>” şəklində yazı gəldik də copy e:\i386\ntldr c:\ ardından copy e:\i386\ntdetect.com c:\ yazın.Burada “e:\” CD-ROM`un hərfidir.Sizdə hərf nədirsə, onu yazın.

Bunları bitirdikdən sonra EXİT yazıb, çıxın.

Sonra sistem yenidən başlayacaqdır.

Əgər, bütün bunlardan sonra yenə əməliyyat sistemi açılmazsa, ola bilsin ki, Boot.ini faylı zərər görüb.

Bunu düzəltmək üçün isə

Windows XP CD`sini kompüterə yerləşdirib, CD`dən boot edirik.

CD`dən boot edildikdən sonra R(repair) düyməsini sıxırıq.

Daha sonra ekranda yazılanları izləyin.Əgər, lazım olar Administrator şifrənizi daxil edin.

Ekranda “c:\windows>” şəklində yazı gəldik də bootcfg /rebuild əmrini daxil edin, daha sonra sistem yenidən başlayacaqdır.

Növbəti məqalələr də görüşənə qədər.

Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 2 )

  1. Fərhad bəy istifadəçilər üçün vacibli bir məqalədir. Təşəkkürlər.

  2. təşəkkürlər 🙂

Şərh yazın