VMware vSphere 5.0 Haqqında
Xoş gördük. Bu günki məqaləmizdə hazırda İT bazarında virtuallaşdırma sahəsində ən böyük paya sahib olan Vmware şirkətinin vSphere məhsulu haqqında sizləri məlumatlandırmağa çalışacağam. Virtuallaşdırma haqqında məlumat üçün əvvəlki məqaləmizdən yararlana bilərsiniz. Ilk məqaləmizə VMware vSphere 5 -in (ESXi 5) sazlanması ilə başlayacağıq. Yeni başlayanlar üçün qısa olaraq qeyd edim ki, Vmware vSphere əsasən böyük data mərkəzlərində server virtuallaşdırma platforması üçün nəzərdə tutulub, VMware Workstation isə əsasən desktop tərəfdə bəzi testləri gerçəkləşdirmək üçün və yaxud bəzi kiçik əməliyyatları aparmaq üçün nəzərdə tutulumşdur ki, hər hansısa sistem üzərinə qurularaq çalışdırlır.
a) VMware VSphere 5 60 günlük trial yüklə (qeydiyyat vacibdir).
b) Əvvəlki versiya və digər vendorlarla aralarındakı fərqi müqaisə et.
c) Server üzərində olunacaq dəyişikliklər üçün bax.
Qeyd: Məqalələrimizdə gerçəkləşdirəcəyimiz əməliyyatları VMware Workstation üzərində və real serverlər üzərindən aparılır.
VMware vSphere 5.0 sazlanmsı
1) VMware-nin rəsmi saytdan yüklədiyimiz iso faylı vasitəsilə ESXi 5 -in sazlanması üçün aşağıdakı sadə addımları izləyək.
2) Paketlərin import olunması tamamlanır.
3) Enter düyməsilə davam edirik.
4) F11 düyməsi vasitəsilə EULA -nı qəbul edərək davam edirik.
5) Ayırdığımız disk həcmi görünməkdədir. Enter deyərək davam edirik.
6) Use Default seçmək məqsədə uyğundur.
7) F11 deyərək ESXi 5.0-ın qurulmasını təmin edirik.
8) Şifrəni daxil edərək davam edirik.
9) Yükləmə tamamlanır.
10) Enter deyərək sistemin yenidən başlmasını təmin edirik.
11) Sistem açıldıqdan sonra F2 düyməsi vasitəsilə ESXi 5.0-ı idarə etmək və gələcəkdə vCenter Serverlə inteqrasiya etmək üçün şəbəkə adreslərində dəyişiklik edirik.
12) Qarşılaşdığımız şifrə sistem qurulan zaman daxil etdiyim şifrədir.
13) Configure Management Network bölməsini seçirik.
14) İP Configuration bölməsinə daxil oluruq.
15) Struktrumuza uyğun İP adreslərini daxil edərək Enter düyməsi vasitəsilə əməliyyatları tamamlayırıq.
16) Eyni addımları təkrar edərək DNS adreslərini və Hostname-i daxil edirik.
17) Yes deyərək dəyişikliklərin tətbiq olunmasını təsdiqləyirik.
18) Aşağıda göründüyü kim artıq etdiyimi bütün dəyişikliklər tətbiq olunmuşdur.
Artıq ESXi 5.o sazlanması tamamlanmışdır. Qarışıdakı məqalələrimizdə digər addımları incələyəcəyik. Gördüyünz kimi ESXi 5.0 sazlanması Windows Serverlərin sazlanması qədər sadə əməliyyatdır. Xatırlatmaq istəyirəm ki, ESXi qurulan Server və yaxud test üçün qurmaq istədiyiniz hər hansı Workstation ən az gigabit şəbəkə kartına və Virtuallaşdırma dəstəyi olan CPU-ya malik olmalıdır. İnanıram məqaləmiz yeni başlayan dostlarımız üçün yararlı olacaq. Başqa bir məqalədə görüşmək arzusu ilə.
Elgüc Yusifbəyli
___________
MCT
Müəllif hüquqları qorunur
Şərhlər ( 2 )
Salam
Yazmış olduğunu məqalədən demək olar ki bunu oxuyan hər hansı bir şəxs tək başına ESX konfigini yapa bilər.
Ardını gözləyirik
Cox sagolun vmware haqqinda daha cox meqale olsa yaxsi olar