Shutdown Windows pəncərəsinin ləğv edilməsi

Bilirik ki, Shutdown Windows pəncərəsi deyilən bir şey var. Bəzən olur ki, shutdown edərkən istəmirik ki, bu pəncərə ilə qarşılaşaq.Təbii ki, bununda bir yolu var.Bunun üçün aşağıdakı addımları izləyin, bundan sonra artıq bu pəncərə ilə qarşılaşmayacaqsınız.

Bunun üçün ilk öncə Local Group Policy`yə daxil oluruq.Aşağıdakı şəkildəki kimi edirik.

Daha sonra bu yolu izləyirik:

Computer Configuration—Administrative Templates—System və buradan Display Shutdown Event Tracker`I seçib, üzərinə 2 dəfə sıxırıq.

Daha sonra açılan pəncərədə “Disable”`i seçirik.

Apply və OK etdikdən sonra mütləq CMD`də də gpupdate /force yazırıq. Artıq shutdown edərkən, əvvəllər qarşılaşdığınız pəncərə ilə qarşılaşmayacaqsınız.

Ümid edirəm ki, yararlı məqalə olmuşdur.

Növbəti məqalələr də görüşənə qədər.

Yazar: Fərhad KƏRİMOV | MCITP: Enterprise Administrator

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 1 )

    • Orxan Səmədov / . Dərc edilib:A 12/11/2012 at 6:35 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkürlər Fərhad Bəy , bezmişdim bu paneldən ))

Şərh yazın