Azure Storage Availability mexanizmləri

Storage Availability (Əlçatanlıq)

Cloud mühitində servis yerləşdirən hər bir biznes-müştəri və yaxud sadə istifadəçi üçün, Availability maksimal dərəcədə vacib şərtdir. Microsoft Cloud Platforması funksionallığın saxlanması məqsədilə kifayət qədər etibarlı imkanlar yaradır hansı ki, müştərinin məlumatlarını maksimal dərəcədə əlçatan edir. Storage Availability təmin edilməsinin əsas mexanizmi replikasiyadır. Bunlar LRS, GRS, ZRS və RA-GRS-dir. Bu mexanizmlərin bəziləri ilə yaxından tanış olaq:

 

Locally Redundant Zone (LRS)

Locally Redundant Storage (LRS) bir coğrafik lokasiya çərçivəsində yüksək dərəcədə əlçatanlıq və dayanıqlıq təklif edən storage-dir. Bu platforma Primary coğrafi lokasiyada, hər məlumat elementinin 3 replikasını saxlayır. Beləliklə, ümumi xarakterli uğursuzluq zamanı (məsələn: Disk, Node və sairə fiziki elementlərin sıradan çıxması halında) məlumat bərpasına zəmanət verir. Qeyd etmək lazımdır ki, bu cürə qəza hallarında Əlçatanlıq pozulmur, hətta minimal downtime olmur. LRS digər replikasiyalara nisbətən ən ucuz variantdır. Fiziki elementlərin sıradan çıxmasına qarşı bərpaya zəmanət verilsə də, Datacenter səviyyəsində qəza (yanğın,daşqın və s)baş verərsə, bütün replikalar itə bilər və bərpası mümkün olmaz.

Ümumilikdə isə Storage-də baş verən bütün yazılma əməliyyatları sinxron olaraq 3 replikada və 3 müxtəlif fault domain-də yerinə yetirilir. Yalnız bu əməliyyatlar tam sona çatdıqdan sonra tranzaksiyanın uğurla bitməsi haqqında kod qayıdır.

Hər hansı bir səbəbən lokal storage tam dolarsa və ya nüsxə məlumatları yerləşən Data Mərkəz hansısa səbəbdən tamamilə xarab olarsa, Microsoft müştəri ilə əlaqə saxlayıb məlumatların itməsi mümkünlüyünü bildirəcəkdir.

 

 

Zone Redundant Storage (ZRS)

ZRS sizin məlumatları sinxron olaraq, bir regionda yerləşən bütün storage cluster-lər arasında replikasiya edir. Bütün storage cluster-lər fiziki olaraq bir birindən uzaqda yerləşir və avtonom resurslara (şəbəkə, elektroenerji və) malikdirlər.  Bu replikasiya metodu sizin məlumatları hətta təbii fəlakətlərdən qoruyur.

 

Qeyd edim ki, ZRS hal-hazırda general-purpose v2 storage account tiplərin dəstəkləyir və aşağıda qeyd olunan regionlar üçün aktivdir.

  1. Asia Southeast
  2. Europe West
  3. Europe North
  4. France Central
  5. Japan East
  6. UK South
  7. US Central
  8. US East
  9. US East 2
  10. US West 2

 

Geo-Redundant Storage (GRS)

Geo Redundant Storage (GRS) təhlükəsizliyin və uzunömürlülüyün daha yüksək dərəcəsini təqdim edir. Məlumat replikalarını ancaq Primary coğrafi lokasiyada deyil, həmçinin  yüzlərlə kilometr aralıqda olan data mərkəzlərdə yerləşdirir. Blobların və cədvəllərin servis storage-ində yerləşən məlumatlar coğrafi replikasiyaya məruz qalırlar. Coğrafi replikasiya edilmiş storage-də platforma yenə 3 replika formasında saxlanılır. Ümumilikdə hər iki lokasiyada 6 nüsxə saxlanılır.

Beləliklə, əgər Data Mərkəz əlçatan olmazsa, məlumatları ikinci lokasiyadan əldə etmək mümkün olur. Birinci Redundant funksiyasında, yəni LRS-də olduğu kimi, Primary coğrafi lokasiyadakı məlumat yazılması prosesinin uğurla nəticələnməsi haqqında kodu göndərməzdən əvvəl, bütün məlumatlar sistem səviyyəsində test olunur. Məlumatın təsdiqlənməsi bir lokasiyada yekunlaşdıqdan sonra isə, asinxron rejimdə başqa coğrafi lokasiyaya replikasiya başlayır.

İndi isə coğrafi replikasiyanın necə baş verməsi haqqında biraz ətraflı danışaq:

Siz, yaratma, silmə, yenilənmə əməliyyatlarını reallaşdıran zaman (CRUD), tranzaksiya 3 fərqli Fault və Update domaində yerləşən (Primary coğrafi lokasiyada) tamamilə 3 fərqli storage Node-a replikasiya olunur. Bundan sonra müştəriyə əməliyyatın uğurla yerinə yetirilməsi kodu gondərilir və tranzaksiya asinxron rejimdə ikinci lokasiyaya replikasiya olunmağa başlayır hansı ki, ikinci lokasiyada da Fault və Update domainlə 3 fərqli storage Node-a replikasiya olur. Bu prosseslər asinxron baş verdiyinə görə ümumi performansa ciddi təsir göstərmir.

Bəs daha ciddi qəzalar baş verdikdə hər şey necə bərpa olur?

Əgər, Primary coğrafi lokasiyada sistem qəzası baş verirsə, əlbəttə ki, Microsoft  fəsadları mümkün qədər hiss edilmədən minimallaşdırmağa çalışır. Amma əgər bütün məlumatlar itirilibsə, müştəriyə Primary lokasiyada baş vermiş qəza haqqında məlumat verilir və lazım olan DNS recordlar Primary lokasiyadan ikincisinə yazılır.

 

Aydın məsələdir ki, DNS-yazılar bitənə qədər storage-lə işləmək imkanı məhdudlaşacaqdır. Bu proses özlüyündə uzun vaxt almadığına görə ciddi itkilərin baş verməsi çətin məsələdir. Köçürülmə əməliyyatı bitdikdən sonra ikinci lokasiya Primary dərəcəli status alır (data mərkəzdə növbəti qəza olana qədər). Data Mərkəzin statusunun yüksəlməsi prosesi bitən kimi, həmin regionda ikinci coğrafi lokasiyanın yaradılmasına başlanılır və məlumatların replikasiyası davam edir.

Bunlar hamısı Fabric Controller vasitəsilə idarə olunur. Əgər virtual maşınlara quraşdırılan guest agentlər cavab verməsə, kontroller hər şeyi başqa Node-a miqrasiya edir. Sonra isə, əlçatanlığı təmin etmək üçün şəbəkə konfiqurasiyasını yenidən proqramlaşdırır.

 

Səs: +130. Bəyənilsin Zəifdir

Müəllif: MirCeyhun Musayev

Şərhlər ( 1 )

  1. MirCeyhun bəy,

    Maraqlı mövzu üçün təşəkkür edirik.

Şərh yazın